Güllələnən müəllimin son durumu açıqlanıb

   Güllələnən müəllimin son durumu açıqlanıb
  06 Fevral 2026    Oxunub:1664
Binəqədi rayonunda yerləşən İdrak liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır.
Bu barədə AzVision.az -a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

AzVision.az


Teqlər:



Xəbər lenti