Baltikyanı ölkələr Moskva ilə münasibətlərin bərpasına çağırırlar

Baltikyanı ölkələr Moskva ilə münasibətlərin bərpasına çağırırlar
  05 Fevral 2026    Oxunub:1243
Estoniya prezidenti Alar Karis və Latviyanın baş naziri Evika Silinya Rusiya ilə əlaqələri bərpa etmək üçün xüsusi Avropa elçisinin təyin olunmasına çağırıblar.
AzVision.az bildirir ki, Estoniya prezidenti və Latviyanın baş naziri fevralın 4-də “Euronews” telekanalına ayrı-ayrılıqda verdikləri müsahibədə belə deyiblər.

“Bəli, bizə həqiqətən də elçi lazımdır. Çox güman ki, sual onun kim olacağıdır və məncə, bizim çoxlu variantımız var”, - telekanal Latviyanın baş nazirinin sözlərindən sitat gətirir:

Makronun müşaviri Moskvada olub
Estoniya prezidenti, öz növbəsində, vurğulayıb ki, seçilmiş xüsusi nümayəndə həm Rusiyanın, həm də Ukraynanın etimadını qazanan “böyük Avropa ölkəsindən” olmalıdır.

Telekanalın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində xüsusi elçinin təyin edilməsi üzrə işlərin “texniki səviyyədə artıq başlandığını” bildirib.

Yeri gəlmişkən, “L'Express” jurnalı Emmanuel Makronun diplomatiya məsələləri üzrə müşaviri Emmanuel Bonnun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla görüşmək üçün fevralın 3-də Moskvada olduğunu yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Baltikyanı   Rusiya   əlaqələr  



Xəbər lenti