Vens: “Tramp “dost-düşmən” siyasətindən imtina edib”

      Vens:    “Tramp    “dost-düşmən”    siyasətindən imtina edib”
  05 Fevral 2026    Oxunub:1325
Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ümumi dil tapmağa hazırdır.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens məşhur amerikalı jurnalist Meqan Kelliyə müsahibəsində belə deyib.

“Biz Ukrayna münaqişəsinə son qoymağa çalışacağıq, lakin əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Trampın mövqeyi ondan ibarətdir ki, biz Rusiya ilə bir çox məsələlərdə razılaşmaya bilərik, lakin biz bəzi məqamlarla razıyıq və mən həqiqətən inanıram ki, bu, mövqenin əsaslı şəkildə dəyişməsidir”, - siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Trampın xarici siyasəti ölkələri, sadəcə, dost və düşmənə bölmək yox, praqmatik maraqlar üzərində qurulub. Bu baxımdan, Ağ Evin yeni yanaşması maraqların üst-üstə düşdüyü məsələlərdə hətta opponentlərlə əməkdaşlığa imkan verir.

ABŞ-nin vitse-prezidenti bildirib ki, Vaşinqtonun hazırkı xarici siyasət kursu Ukraynadakı münaqişəyə görə Rusiya ilə hər hansı dialoqdan imtina edən əvvəlki administrasiyaların siyasətindən fərqləndirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vens   Tramp   dost-düşmən  



Xəbər lenti