Yaponiya H3 raketinin buraxılışını təxirə salıb

Yaponiya H3 raketinin buraxılışını təxirə salıb
  05 Fevral 2026    Oxunub:1020
Yaponiya "Quasi-Zenith Satellite System" (QZS-7) sisteminə aid "MICHIBIKI №7" peyki ilə H3 raketinin buraxılışı qeyri-müəyyən müddətə təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, H3 raketinin əvvəlki buraxılışı zamanı baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdiyinə görə yeni startın 31 martda bağlanan buraxılış pəncərəsi çərçivəsində həyata keçirilməməsi barədə qərar qəbul olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti