“Oskar”a namizəd göstərilən filmin ssenaristi həbs olundu

“Oskar”a namizəd göstərilən filmin ssenaristi həbs olundu
  04 Fevral 2026    Oxunub:1345
İranda ssenarist və siyasi fəal Mehdi Mahmudian həbs olunub. O, “Oskar”a “ən yaxşı xarici film” nominasiyasında namizəd göstərilən “Sadəcə təsadüf” filminin ssenari müəllifidir.
Ssenaristin həbsinə səbəb hakimiyyəti kütləvi aksiyaların yatırılması zamanı zorakılığa əl atmaqda ittiham etməsidir. “The New York Times” yazır ki, Mahmudian bununla bağlı bəyanata imza atan 17 tanınmış şəxsdən biri olub. Tanınmış rejissor Cəfər Pənahi də onların arasındadır.

Hazırda Mahmudianın harada saxlanılması barədə məlumat yoxdur. Qeyd edək ki, ssenarist daha əvvəl 4 dəfə həbs olunmuşdu.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran  



Xəbər lenti