Putin çinli həmkarı ilə danışıb

   Putin çinli həmkarı ilə danışıb
  04 Fevral 2026    Oxunub:1338
Rusiya Prezidenti Vladimir Putin ilə çinli həmkarı Si Tsinpin arasında videokonfrans baş tutub.
Bu barədə Çinin "Xinhua" dövlət xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb. Moskva tərəfi isə liderlərin danışığı barədə hələlik hər hansı məlumat açıqlamayıb. Eyni zamanda, söhbətin təfərrüatı da bildirilməyib.

Xatırladaq ki, 2025-ci ilin avqustunda Vladimir Putin Çinə səfərə getmiş, Si Tsinpinlə görüşmüş, paytaxt Pekində keçirilən hərbi parada qoşulmuşdu. Kreml diqqətə çatdırır ki, tərəflər mütəmadi əlaqə saxlayırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   in   prezident   videokonfrans   danışıq  



Xəbər lenti