Simonyan: “Azərbaycanla müharibə səhifəsini çevirmişik”

      Simonyan:    “Azərbaycanla müharibə səhifəsini çevirmişik”
  03 Fevral 2026    Oxunub:1731
Ermənistan parlamentinin sədri Alen Simonyan Bakı ilə İrəvan arasında müharibə səhifəsinin qapandığını bildirib.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri “Factor TV” telekanakına müsahibəsində belə deyib.

“Dramatik bir hadisə baş verməsə, düşünürəm ki, bu səhifəni yenidən açmağımız mümkün deyil. Mən bu səhifəni bağlanmış sayıram”, - Alen Simonyan vurğulayıb.

Ermənistan parlamenti sədrinin sözlərinə görə, erməni tərəfinin müharibənin başa çatması, sülh dövrünün başlanması ilə bağlı təklifləri və ritorikası cəmiyyət tərəfindən anlaşılıb və qəbul edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Simonyan   Azərbaycan   Ermənistan   sülh  



Xəbər lenti