Tramp: “Harvard Universiteti 1 milyard ödəməlidir”

   Tramp:    “Harvard Universiteti 1 milyard ödəməlidir”
  03 Fevral 2026    Oxunub:1743
Vaşinqton administrasiyası yol verdiyi pozuntulara görə Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir.
AzVision.az xəbər verir ki, ABŞ preizdenti Donald Tramp özünün “Truth Social” social şəbəkəsində bununla bağlı paylaşım edib.

“Hazırda biz 1 milyard dollar təzminat ödənilməsinə nail olmağa çalışırıq və gələcəkdə Harvard Universiteti ilə heç bir iş görmək istəmirik. “Dərin antisemitizm” mövqeyi tutan bu universitet “kobud qanun pozuntularına” yol verib”, - Amerika lideri vurğulayıb.

Keçən il Ağ Ev yəhudi tələbələri antisemitizmdən qorumaq zərurətini əsas gətirərək universitetin siyasətində dəyişiklik olunmasını tələb edib. Universitet haqqında bir sıra digər tədbirlər də həyata keçirilib.

Xüsusilə də Tramp universiteti siyasi təşkilat kimi təsnif olunmasını və vergidən azad statusunun ləğvini təklif edib. ABŞ-nin Təhsil Nazirliyi universitetə ayrılan 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu açıqlayıb.

Maraqlıdır ki, 2025-ci ilin oktyabrında Donald Tramp administrasiyasının Harvard nümayəndələri ilə universitetin təqribən 500 milyon dollar ödəyəcəyi və peşə məktəblərində süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətmək üçün proqramlar hazırlaması barədə razılığa gəldiyini açıqlamışdı.

Bununla belə, son bəyanatında Amerika lideri universitetin hərəkətlərini qeyri-kafi hesab etdiyini açıq şəkildə bildirib. Tramp həmçinin “The New York Times” qəzetində ABŞ administrasiyasının artıq məktəbdən 200 milyon dollar tələb etməməsi ilə bağlı xəbəri də təkzib edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Harvard   təzminat  



Xəbər lenti