Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb

Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb
  02 Fevral 2026    Oxunub:568
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə E.Əmrullayev "X" hesabında məlumat yayıb.

Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.

AzVision.az





Teqlər: EminƏmrullayev   SəudiyyəƏrəbistanı   YusifbinAbdullahəl-Binyan   təhsilnaziri  



Xəbər lenti