Gəncədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Gəncədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlandı
  02 Fevral 2026    Oxunub:648
Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən partlayış baş verdiyi barədə mediada xəbərlər yayılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti