İran hərbi təlimlərə başlayır

   İran hərbi təlimlərə başlayır
  02 Fevral 2026    Oxunub:1570
İran Silahlı Qüvvələri ABŞ ilə gərginliyin son aylar artması fonunda bu gün İraqla sərhəddə – Qəsri-Şirin şəhərində hərbi təlimlərə başlayacaq.
İran mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, ikigünlük hərbi təlimlərlə əlaqədar ərazidə mümkün partlayış səsləri barədə yerli sakinlərə xəbərdarlıq da verilib.

Xatırladaq ki, İranda 2025-ci ilin dekabrında başlayan etiraz aksiyaları fonunda ABŞ ilə münasibətlərdə gərginlik daha da şiddətlənib. Prezident Donald Tramp hələ aksiyaların başladığı dövrdə müraciət yayaraq bildirmişdi ki, nümayişçilər qətlə yetirilərlərsə, Vaşinqton İrana zərbə endirəcək. Hazırda hər iki tərəf mümkün toqquşmanın baş vermə ehtimalına hazırlaşır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   hərbi-təlim   ABŞ   gərginlik  



Xəbər lenti