Peskov: "Putin və Zelenski yalnız Moskvada görüşə bilərlər"

      Peskov:    "Putin və Zelenski yalnız Moskvada görüşə bilərlər"
  02 Fevral 2026    Oxunub:1536
"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş yalnız Moskvada mümkündür".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, Volodimir Zelenski rus həmkarını birbaşa danışıqlar aparmağa çağırır:

"Halbuki Vladimir Putin birmənalı şəkildə vurğulayıb ki, mümkün danışıqlar yalnız paytaxt Moskvada baş tuta bilər. Bu, bizim mövqeyimizdir".

Eyni zamanda, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yanvarın 28-də mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Volodimir Zelenski Moskvaya gələrsə, onun təhlükəsizliyi üçün bütün lazımi şərait yaradılacaq.

Vladimir Putin ukraynalı həmkarını ilk dəfə keçən il Moskvada görüşməyə çağırmışdı. Volodimir Zelenski belə bir təklifə cavabında "görünür, Rusiya danışıqlara hazır deyil" söyləmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   prezident   görüş   ehtimal  



Xəbər lenti