Demokratlar Texas Senatına əlavə seçkiləri udub
Seçkinin qalibi uğurunun ölkədaxili sosial problemlərin həllinə ictimai tələbin sayəsində mümkün olduğunu bildirib.
“Bu qələbə sadə zəhmətkeş insanlara məxsusdur”, – kampaniyasını iş yerlərini qorumaq və təhsili dəstəkləmək vədləri üzərində qurmuş Teylor Remet deyib.
Demokratların liderləri artıq bu nəticəni Ağ Ev üçün böyük siyasi böhranın müjdəçisi adlandırırlar. Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ken Martin birbaşa hazırkı administrasiyanın mövqeyinin zəifliyinə diqqət çəkib.
- Bu, bütün ölkə üzrə respublikaçılar üçün xəbərdarlıq işarəsidir”, – siyasətçi mediaya açıqlamasında vurğulayıb.
Respublikaçılar üçün sarsıdıcı nəticə, seçiciləri MAGA hərəkatının “misilsiz dəstəkçisi” Li Vambsqansa səs verməyə fəal şəkildə çağıran Trampın şəxsi dəstəyinə rəğmən əldə olunub. Lakin bu dəfə “Tramp effekti” reallaşmayıb.
Mühafizəkar ştatın lap “ürəyindəki” hazırkı məğlubiyyəti ekspertlər 2026-cı ilin noyabrına planlaşdırılan Konqresə aralıq seçkiləri ərəfəsində qorxulu simptom kimi qiymətləndirirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Texas Senat demokratlar







Vaxtında, Aydın, Lazımlı!


