Küləkli hava ilə bağlı xəbərdarlıq

Küləkli hava ilə bağlı xəbərdarlıq
  31 Yanvar 2026    Oxunub:887
Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az


Teqlər: hava   külək   xəbərdarlıq  



Xəbər lenti