ABŞ-də yeni şatdaun riski azalıb

ABŞ-də yeni şatdaun riski azalıb
  31 Yanvar 2026    Oxunub:1836
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi dair qanun layihəsini qəbul edib.
AzVision.az xəbər verir ki, səsverməyə çıxarılan yenidən işlənmiş qanun layihələri paketini 71 senator dəstəkləyib, 29 senator isə əleyhinə çıxıb.

Əleyhdarlar arasında Respublikaçılar Partiyasından olan 5 senator da yer alıb.

Sentaın dəstəyinə baxmayraq, hökumətin fəaliyyətinin dayandırılması riski hələ də qalır. Çünki qanun layihəsi qüvvəyə minmək üçün Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir. Palatanın isə fevralın 1-nə qədər toplanmayacağı bildirilir.

Bu səbəbdən hökumətin qismən fəaliyyətinin dayandırılması gecə yarısından etibarən qüvvəyə minə bilər.

AzVision.az


Teqlər: ABŞ   Senat   büdcə  



Xəbər lenti