Ankara İranla ABŞ arasında vasitəçi olmağa hazırdır

Ankara İranla ABŞ arasında vasitəçi olmağa hazırdır
  30 Yanvar 2026    Oxunub:1918
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Ankaranın İran və ABŞ arasında münasibətlərdə gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəftərxanasının yaydığı məlumatda belə deyilir.

“Söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də regiondakı hərbi gərginlik müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin İran və ABŞ arasında gərginliyi azaldılması və yaranan problemlərin həlli üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb”, - xəbərdə bildirilir.

Bundan əlavə, Ərdoğan yanvarın 30-da Ankarada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini Ankarada qəbul etmək planları barədə Pezeşkianı məlumatlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ankara   İran   ABŞ  



Xəbər lenti