ABŞ-də qar fırtınası 73 nəfərin ölümünə səbəb olub

ABŞ-də qar fırtınası 73 nəfərin ölümünə səbəb olub
  29 Yanvar 2026    Oxunub:1360
Bir neçə gündür ki, ABŞ-də tüğyan edən qar fırtınası nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
AzVision.az “CBS News” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, fırtınanın birbaşa təsirindən azı 49 nəfər həyatını itirib. Müxtəlif ştatlarda fırtına ilə əlaqəli ola biləcək daha 24 ölüm hadisəsi qeydə alınıb. Telekanal ölüm səbəbləri kimi donvurmanı, yol-nəqliyyat qəzalarını və əllə qar təmizləmə zamanı baş verən ürək tutmalarını göstərib.

Al, sənə Qrenlandiya! | FOTOLAR
Kəskin hava şəraiti Birləşmiş Ştatların 200 milyondan çox sakininə təsir edib. Bəzi ərazilərdə qarın hündürlüyü 50 santimetri ötüb. Əlverişsiz şərait səbəbindən ötən həftəsonundan bəri ölkə daxilində on minlərlə aviareys ləğv edilib. Əksəriyyəti cənub-şərqi Tennessi və Missisipi ştatlarında olmaqla, 300 min nəfər hələ də elektriksiz qalıb.

Milli meteorologiya xidməti bəzi ştatların “son onilliklərdə ən uzun soyuq hava dövrü” ilə qarşılaşa biləcəyini ehtimal edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   qar   ölümlər  



Xəbər lenti