İran: “Tramp öz iradəsini qəbul etdirmək istəyir”

      İran:    “Tramp öz iradəsini qəbul etdirmək istəyir”
  29 Yanvar 2026    Oxunub:1290
Tehran ABŞ ilə danışıqlara açıqdır, lakin ABŞ prezidenti Donald Trampın sadəcə olaraq öz iradəsini sırımağa çalışdığını düşünür.
AzVision.az xəbər verir ki, İran parlamentinin sədri Mühəmməd-Bager Qalibaf “CNN” telekanalına müsahibəsində belə deyib.

“Əgər danışıqlar real olarsa, Tehran ABŞ ilə müzakirələrə hazırdır. Lakin düşümürəm ki, Birləşmiş Ştatların prezidenti bu cür danışıqlara can atır. O, sadəcə, öz iradəsini digərlərinə qəbul etdirməyə çalışır”, - İran parlamentinin spikeri bildirib.

Bölgədə Amerika qüvvələrinin artırılmasına toxunan siyasətçi İranın hücuma məruz qalacağı təqdirdə Tehranın Vaşinqtona cavab verəcəyi barədə xəbərdarlıq edib.

- Tramp müharibəyə başlaya bilər, amma buna nəzarət edə bilməyəcək”, - Mühəmməd-Bager Qalibaf vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   ABŞ   danışıqlar  



Xəbər lenti