BMT Somali üçün 852 milyon dollarlıq humanitar yardım planı hazırlayıb
Onun sözlərinə görə, tələb olunan yardımın həcmi 2025-ci il hədəfindən 40% azdır. Ümumilikdə dəstəyin 2,4 milyon insana çatacağı gözlənilir.
Dujarrik maliyyələşdirmənin azalmasının humanitar ehtiyacların azalması ilə deyil, məhdud resurslarla bağlı olduğunu bildirib. Bununla da humanitar yardıma ehtiyacı olanların yarısından azı 2026-cı il planı çərçivəsində onu ala biləcək.
Keçən il planın yalnız 27%-i maliyyələşdirilib və Somaliyə tələb olunan 1,4 milyard dollardan 397 milyon dolları humanitar yardım üçün ayrılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


