Bakıda narkotik satan 6 nəfər yaxalanıb

Bakıda narkotik satan 6 nəfər yaxalanıb
  27 Yanvar 2026    Oxunub:1505
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti