İş axtaranların nəzərinə! I 60 mindən çox yer var

      İş axtaranların nəzərinə! I    60 mindən çox yer var
  27 Yanvar 2026    Oxunub:1097
"Ötən il 1817 vətəndaş kvota çərçivəsində işlə təmin edilib, 10 min 805 nəfər işsizlikdən sığorta ödənişi və bu proseslə təmin olunub".
AzVision.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, hazırda vakansiya bankında 60 mindən çox yer var.

"Azad edilən ərazilərdə isə çalışan vətəndaşların 58 %-i dövlət, 42 %-i özəl sektorda çalışır. Bundan başqa, ötən il ərzində 154 nəfər (52 %-i qadın, 48 %-i kişi) özünüməşğulluq proqramına müxtəlif istiqamətlər üzrə cəlb edilərək aktivlərlə təmin olunub. Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir".

AzVision.az


Teqlər:



Xəbər lenti