İcbari tibbi sığorta haqqının məbləği dəyişdirilib

İcbari tibbi sığorta haqqının məbləği dəyişdirilib
  27 Yanvar 2026    Oxunub:1143
"Qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib".
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında dilə gətirib. O bildirib ki, sığortahaqqı işəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5%; eyni zamanda, işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0,5% hesablanacaq.

Əvvəl bu məbləğ 8000 manat idi.

AzVision.az


Teqlər: sığorta  



Xəbər lenti