Laricaninin qızı ABŞ-dəki işindən çıxarıldı

Laricaninin qızı ABŞ-dəki işindən çıxarıldı
  25 Yanvar 2026    Oxunub:1526
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-nin Corciya ştatında yerləşən Emori Universitetindəki işindən çıxarılıb.
Universitetin yaydığı rəsmi açıqlamada deyilir ki, bu addım İrandakı hadisələrdən sonra cəmiyyətin təzyiqi ilə atılıb.

Bu hadisəyə qədər universitetin saytında Fatimə Ərdəşir Laricani hematologiya və tibbi onkologiya kafedrasının dosenti kimi göstərilirdi. Lakin indi həmin məlumat saytdan silinib.

Qeyd edək ki, Əli Laricani İrandakı kütləvi aksiyaların yatırılmasından sonra ABŞ-nin sanksiyalar siyahısına salınan iranlı rəsmilərdən biridir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   ABŞ   Laricani  



Xəbər lenti