Günay Ağamalı AVP sədri seçilib

Günay Ağamalı AVP sədri seçilib
  24 Yanvar 2026    Oxunub:1971
"Ana Vətən" Partiyasının (AVP) bu gün IX qurultayı keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb. AVP sədri Fəzail Ağamalı qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən 2025-ci ilin sonunadək partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Gündəlikdə duran məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri, Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib. Nizamnamədə bir sıra dəyişikliklər edilib.

AzVision.az


Teqlər: partiya   sədr  



Xəbər lenti