Ermənistanın baş müfəttişi: "Azərbaycan benzinində keyfiyyət problemi qeydə alınmayıb"

      Ermənistanın baş müfəttişi:    "Azərbaycan benzinində keyfiyyət problemi qeydə alınmayıb"
  23 Yanvar 2026    Oxunub:1774
"Azərbaycandan Ermənistana göndərilmiş benzində hər hansı keyfiyyət problemi aşkarlanmayıb".
Bu sözləri Ermənistanın Bazara Nəzarət Təftiş İdarəsinin rəhbəri Armen Kotolyan mətbuat konfransında söyləyib. O bildirib ki, Azərbaycandan göndərilən yanacaqdan alınmış nümunələr ölkənin Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib:

"Nəticələr göstərir ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə cavab verir. Hər hansı keyfiyyət pozuntusu yoxdur".
Paşinyan: "Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir"

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   benzin   keyfiyyət  



Xəbər lenti