Orban: "Brüssel sülh istəmir"

      Orban:    "Brüssel sülh istəmir"
  23 Yanvar 2026    Oxunub:1876
"Avropa İttifaqı Ukraynadakı müharibənin sülhlə başa çatdırılmasına maraqlı deyil".
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində dilə gətirib. Onun iddiasına görə, Avropa İttifaqına üzv ölkələrin qabaqcılları Rusiya-Ukrayna müharibəsinin hələ çox çəkməsini istəyirlər: "Brüssel, ən azından Ukraynada, sülh arzusunda deyil, əksinə, gördüyü işlər müharibənin davamına şərait yaradır. Problem məhz budur".

Viktor Orban Rusiya-Ukrayna müharibəsinin həlli üzrə mövqeyinə görə Avropa İttifaqını dəfələrlə tənqid atəşinə tutub. Rəsmi Budapeşt belə bir vəziyyətdə münaqişənin daha da uzanacağı iddiasını irəli sürərək, Kiyevə hər hansı maliyyə dəstəyi ayırmır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan   Ukrayna     müharibə  



Xəbər lenti