Peskov: "Qrenlandiya məsələsindən narahat deyilik"

      Peskov:    "Qrenlandiya məsələsindən narahat deyilik"
  22 Yanvar 2026    Oxunub:1233
"Qrenlandiya və ABŞ arasında gərgin vəziyyət Rusiyada narahatlıq yaratmır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, rəsmi Mokva öz maraqlarının həlli istiqamətində işlər görür: "Qrenlandiya ilə əlaqədar məsələnin bizə aidiyyəti yoxdur. Yalnız öz işlərimiz bizi maraqlandırır".

Dünən Prezident Vladimir Putin də öz çıxışında oxşar fikirlər söyləmişdi.
The Telegraph: "ABŞ Qrenlandiyada hərbi bazaları tutacaq"

Məlumat üçün xatırladaq ki, Qrenlandiya Danimarka daxilində muxtariyyətə və daxili siyasətə malikdir. ABŞ Prezidenti Donald Tramp keçən il ikinci dəfə prezident seçildiyi gündən bəri bu adanın ilhaqına çalışır. Danimarka hökuməti isə belə bir addımla qətiyyən razılaşmır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Qrenlandiya  



Xəbər lenti