Lerikdə qar evin damını uçurub I FOTO

Lerikdə qar evin damını uçurub    I FOTO
  22 Yanvar 2026    Oxunub:1554
Lerik rayonunda qarın ağırlığına tab gətirməyən evin dam örtüyü dağılıb.
Rayonun Hamarmeşə kəndində yağan intensiv qar kənd sakini Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü uçurub.



Hadisə zamanı xəsarət alan olmayıb. Damın uçması nəticəsində ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Evdəki əşyalar yaxınlıqdakı evə daşınıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti