Azərbaycanda ÜTT-yə üzvlük danışıqları müzakirə olunub
Görüşdə agentlik sədrinin müşaviri İlqar Həsənov, İqtisadiyyat Nazirliyinin Ticarət və xarici investisiya şöbəsinin müdir müavini Gülçin Ələsgərova, Keyfiyyət infrastrukturu və ticarətin asanlaşdırılması üzrə Baş konsultant Daniela Klejanu, Beynəlxalq ticarət və arbitraj üzrə konsultant Marius Bordalba çıxış ediblər. Çıxışlar zamanı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 36 aylıq icra müddətini əhatə edən texniki yardım layihəsinin məqsədləri və əhatə dairəsi barədə məlumat verilib, ticarət və investisiya siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, eləcə də keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sistemlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində, həmçinin ölkəmizdə keyfiyyət infrastrukturunun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəbul edilmiş standartlar və hazırlanmış texniki reqlament layihələri diqqətə çatdırılıb, keyfiyyət ekosisteminin ÜTT tələblərinə tam uyğunlaşdırılması və beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələrdə sözügedən layihənin başlanğıc mərhələsinin yekunlaşdırılaraq icra mərhələsinə keçidin zəruriliyi bildirilib, bu sahədə konkret fəaliyyət istiqamətlərini əhatə edən ətraflı iş planının hazırlanmasının əhəmiyyəti qeyd olunub. Sonda layihə üzrə birgə əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı fəaliyyətin mərhələli və real vaxt çərçivəsində icrası ilə bağlı razılıq əldə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


