“Kürdlərə çoxlu pul, benzin və s. verilib. Deməli, onlar bunu bizim üçün deyil, özləri üçün edirdilər. Buna baxmayaraq, bizim kürdlərlə yaxşı münasibətlərimiz var və onları qorumağa çalışırıq”, - Donald Tramp vurğulayıb.
|
| Suriya ordusu bütün cəbhə üzrə irəliləyir | VİDEO |
ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak isə bəyan edib ki, SDQ İŞİD-lə mübarizədə əsas qüvvə kimi xidmət etmək üçün yaradılmışdı. Bu problem öz həəlini tapdığına görə də artıq SDQ kimi ayrıca hərbi-siyasi quruma ehtiyac yoxdur.
“Middle East Eye” qəzetində dərc olunan materialda isə bildirilir ki, Tom Barrak Suriya hökuməti ilə SDQ arasında atəşkəs elan edilməsindən bir gün əvvəl Ərbildə keçirilən qapalı iclasda SDQ-nin rəhbəri Məzlum Abdini sərt tənqid edib.
Abdini İsraili Suriyanın daxili münaqişəsinə sürükləmək cəhdində günahlandıran Barrak belə bir addımın “qəbuledilməz və təhlükəli” olduğu barədə xəbərdarlıq edib: “Siz İsraili münaqişəyə sürükləməyə çalışırsınız, amma bu baş verməyəcək”.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


