Netanyahu güc strukturlarının rəhbərlərini toplayıb

Netanyahu güc strukturlarının rəhbərlərini toplayıb
  19 Yanvar 2026    Oxunub:1396
İsrailin baş naziri Binyamin Netanyahu baş qərargah rəisi Eyal Zamir, “Mossad” rəhbəri David Barnea və “Şin Bet (ŞABAK)” rəhbəri David Zininin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə hökumətin dar çərçivəli iclasını keçirib.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, gündəlikdə İranda və Qəzza zolağındakı vəziyyət, həmçinin ABŞ prezidenti Donald Trampın anklavı idarə etmək üçün “Sülh Şurası” formalaşdırması məsələləri olub. İsrail liderləri bundan əvvəl Türkiyə və Qətər nümayəndələrinin şuraya daxil edilməsindən narazılıqlarını bildiriblər.

“Trampın İran məsələsi ilə bağlı ziddiyyətli açıqlamalarına baxmayaraq, Amerikanın hücum ehtimalı qalır”, - İsrail mediası iddia edir.

Mənbələrə istinad edən “Kan” radiostansiyası Amerika liderinin hələ yekun qərar vermədiyini bildirir.

“Kanal 12” telekanalı, öz növbəsində, Amerika qüvvələrinin bölgədə cəmləşməsinə və əmr verildiyi təqdirdə bunun zərbə üçün zəruri olduğuna diqqət çəkir. Kanal qeyd edir ki, qarşıdakı günlər həlledici olacaq.

İsraildə Trampın əlverişli vaxtı gözlədiyini və İsrailin Müdafiə qüvvələrinin (SAXAL) İrana qarşı zərbələrdə iştirakının istisna olunmadığını ehtimal edirlər. Baş Qərargah rəisi Eyal Zamirlə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper arasında telefon danışığı bu hazırlıqların əlamətlərindən biri kimi qiymətləndirilir.

Bundan əvvəl Eyal Zamir “Hets” raketdən müdafiə sisteminin batareyalarından birinə baş çəkərək, SAXAL-ın döyüş hazırlığı səviyyəsinin mövcud vəziyyətə uyğun olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   iclas   bölgə  



Xəbər lenti