ABŞ NATO-da qalacaq

ABŞ NATO-da qalacaq
  19 Yanvar 2026    Oxunub:1421
ABŞ-nin NATO-da qalacağı təsdiqlənib.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent NBC News telekanalına müsahibəsində bildirib.

“Şübhəsiz ki, biz NATO-nun tərkibində qalmağı planlaşdırırıq” , – deyə Bessent vurğulayıb.

Eyni zamanda qeyd olunur ki, ABŞ-nin maliyyə naziri Vaşinqton üçün hansı məsələnin daha önəmli olduğu – Qrenlandiyanın ABŞ-a birləşdirilməsi, yoxsa Şimali Atlantika Alyansı – sualına birbaşa cavab verməyib.

“Avropa liderləri ayılacaq və anlayacaqlar ki, onların ABŞ-nin təhlükəsizlik çətiri altında olmasına ehtiyac var”, – deyə Skott Bessent əlavə edib.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti