Sabah qar yağacaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


