Putin və Netanyahu İran haqqında danışıblar

   Putin və Netanyahu İran haqqında danışıblar
  16 Yanvar 2026    Oxunub:1376
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Yaxın Şərqdə və İranda meydana gələn cari hadisələrə dair telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Vladimir Putin söhbət əsnasında regionda sabitlik və təhlükəsizliyin qorunması məqsədilə diplomatik addımların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Moskva tərəflərin konstruktiv dialoquna vasitəçi rolunda töhfə verməyə hazırdır.
İranın BMT nümayəndəsi: "İstənilən təcavüzə cavab veriləcək" | VİDEO

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.

Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   İsrail   İran  



Xəbər lenti