"Tramp" gəmisinin xərci açıqlanıb

   "Tramp" gəmisinin xərci açıqlanıb
  16 Yanvar 2026    Oxunub:1375
"Yeni hərbi gəminin inşası təqribən 22 milyard dollara başa gələcək. Bu, tarixdə ən bahalı hərbi gəmi deməkdir".
Bu barədə ABŞ-nin "Bloomberg" xəbər agentliyi Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadən məlumat yayıb. Bildirilib ki, gəminin tikinti xərcinin yekun məbləği onun həcmindən, ekipaj üzvlərinin sayından və döyüş texnikasından asılıdır:

"Minimum xərc 15,1 milyard dollarda qərarlaşdırılıb, amma vəsaitin 22 milyard dollara yüksəlməsi mümkündür".

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən bahalı (13 milyard dollar) gəmi 2017-ci ildə istismara verilən "Gerald R. Ford" təyyarədaşıyan gəmisidir. Həcm baxımından ən böyük hərbi gəmilər isə 48 min ton su tutumuna malik "Ayova" sinifi idi. Hərçənd həmin sinif 1990-cı illərdə istismardan çıxarılıb.
Vaşinqton dünyada ən güclü hərbi gəmilər hazırlayacaq

Dekabrın 23-də Prezidenti Donald Tramp "Mar-a-Laqo" iqamətgahında keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri "Tramp sinifi" adı altında yeni növ hərbi gəmilərin istehsalına başlayacaq:

"İlkin mərhələdə iki hərbi gəminin inşası planlaşdırılır. Bu gəmilər indiyədək hazırlanmış istənilən gəmidən daha böyük, daha sürətli və yüz dəfə daha güclü olacaq. Onlar ABŞ-nin dənizdə üstünlüyünü artırmaq məqsədilə qurulan "Qızıl Donanma"nın əsasını təşkil edəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   gəmi   istehsal   xərc  



Xəbər lenti