Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
  15 Yanvar 2026    Oxunub:718
Rusiyanın neft və qaz gəlirləri 2025-ci ildə 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşərək 8,48 trilyon dollar təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ildə bu rəqəm 11,13 trilyon rubl, 2023-cü ildə 8,82 trilyon, 2022-ci ildə 11,59 trilyon, 2021-ci ildə isə 9,06 trilyon təşkil edib.

Neft və qaz gəlirləri, ötən il neft qiymətlərinin düşməsi və rublun əhəmiyyətli dərəcədə möhkəmlənməsi fonunda hakimiyyətin gözlədiyi kimi, əvvəlcə planlaşdırıldığından daha aşağı olub.

2026-cı ildə Rusiya hakimiyyət orqanları neft və qaz gəlirlərinin 8,92 trilyon rubla çatacağını gözləyir.

AzVision.az



Teqlər:



Xəbər lenti