ABŞ səfirliyi viza məsələsinə aydınlıq gətirib
"Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız miqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-miqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-miqrant viza müraciətlərinin qəbulu davam edir".
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün miqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.
AzVision.az
Teqlər: ABŞ viza Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


