Altı ölkə Qrenlandiyaya öz hərbçilərini göndərib

Altı ölkə Qrenlandiyaya öz hərbçilərini göndərib
  15 Yanvar 2026    Oxunub:1195
ABŞ-nin adaya iddiaları və Amerika lideri Donald Trampın təhdidləri ilə bağlı artan gərginlik fonunda Fransa, Almaniya, İsveç və Norveç Qrenlandiyaya qoşun göndərəcəklərinbi bildiriblər.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın dəvəti ilə Almaniya Silahlıq qüvvələri özünün 13 hərbi qulluqçusunu artıq Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə göndərib.

“Berlinin bu addımı bölgədə, məsələn, dəniz müşahidəsi sahəsində Danimarkanın təhlükəsizliyinin təmin edilməsində potensial hərbi iştirak imkanlarını araşdırmaq məqsədi daşıyır”, - Almaniyanın Müdafiə nazirliyinin məlumatında deyilir.

Norveç ordusunun təmsilçisi, öz növbəsində, “CNN” telekanalına Oslonun Qrenlandiyaya iki hərbi qulluqçu göndərəcəyini açıqlayıb.

Mənbəyə istinad edən “Frans-Press” agentliyi isə Parisin Qrenlandiyada hərbi missiyada iştirak etmək niyyətində olduğunu yazıb.

Kaya Kallas: “Sabitlik yoxdur, içmək vaxtıdır”
İsveç də Qrenlandiyada Avropa hərbi missiyasında iştirak etdiyini açıqlayıb. Ölkənin baş naziri Ulf Kristersson “X” sosial şəbəkəində İsveç Silahlı qüvvələrindən bir neçə zabitin iştirakından söhbət getdiyini bildirib.

- Onlar birlikdə Danimarkanın “Arktika keşikçisi əməliyyatı” çərçivəsində tədbirlər hazırlayacaqlar. Hərbçilər adaya Danimarkanın xahişi ilə göndəriliblər”, - İsveçin baş naziri vurğulayıb.

“Politico” nəşrinin mənbəyə istinadən verdiyi məlumata görə, təlimlərdə Hollandiya və Kanada hərbçiləri də iştirak edir.

Kopenhagen, öz növbəsində, Qrenlandiyada hərbi mövcudluğunu gücləndirdiyini daha əvvəl elan edib: ölkə silahlı qüvvələrinin bölmələri adaya yerləşdiriləcək və təlimlər keçiriləcək.

“Bu, NATO müttəfiqlərindən də təyyarələr, gəmilər və əsgərlər də daxil olmaqla Qrenlandiyada və onun ətrafında hərbi mövcudluğun artması ilə nəticələnəcək”, – Danimarka Müdafiə nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 14-də Qrenlandiya və Danimarkanın Xarici İşlər nazirləri, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marko Rubio ilə ada ətrafında yaşanan son proseslərlə bağlı müzakirələr aparıblar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Qrenlandiya   ölkələr   hərbçilər  



Xəbər lenti