Konstitusiya Məhkəməsinin sabiq hakimi dünyasını dəyişib

Konstitusiya Məhkəməsinin sabiq hakimi dünyasını dəyişib
  15 Yanvar 2026    Oxunub:1320
Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Qvaladze yanvarın 15-də uzun sürən xəstəlik nəticəsində 78 yaşında dünyasını dəyişib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, Rafael Sergeyeviç Qvaladze fəaliyyəti dövründə "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti