Qanun layihəsini 50 senator dəstəkləyib, əleyhinə də eyni sayda səs verilib. Yuxarı palata bərabər bölündüyü üçün vitse-prezident Cey Di Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə, o, Senatda sədrlik edir. Beləliklə də, Donald Trampın əleyhdarlarının təşəbbüsü keçməyib.
|
| Tramp: “Venesuelanı əvvəlcə sağaltmaq lazımdır” |
Xatırladaq ki, yanvarın 3-də Donal Trampın Karakasda hərbi əməliyyat elan etməsindən sonra Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilib. Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakda ittiham olunurlar. Maduro və həyat yoldaşı özlərini təqsirli bilməyiblər.
Maduronun hakimiyyəti dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriqes hazırda Venesuelada dövlət başçısı səlahiyyətlərini icra edir. Tramp isə ABŞ-nin Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


