Putin Braziliya prezidenti ilə Venesueladakı vəziyyəti müzakirə edib

Putin Braziliya prezidenti ilə Venesueladakı vəziyyəti müzakirə edib
  14 Yanvar 2026    Oxunub:516
Rusiya prezidenti Vladimir Putin Braziliya Prezidenti Lula da Silva ilə telefonla danışıb.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Venesueladakı vəziyyəti müzakirə ediblər.

Putin və Lula da Silva Rusiya və Braziliyanın Bolivar Respublikasının dövlət suverenliyinin və milli maraqlarının təmin edilməsi ilə bağlı ortaq prinsipial yanaşmalarını vurğulayıblar.

Tərəflər Latın Amerikasında və digər regionlarda gərginliyin azaldılmasına nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:



Xəbər lenti