İranda SEPAH-ın bazası tutulub

   İranda SEPAH-ın bazası tutulub
  14 Yanvar 2026    Oxunub:1321
İrandakı kürd silahlı qruplaşması ölkənin qərbində yerləşən Kirmanşah əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasını ələ keçirdiyini iddia edib.
AzVision.az “CNN” telekanalına istinadən bildirir ki, Kürdüstanın Azadlığı partiyasının (KAP) silahlı qanadı olan Kürdüstan Milli Ordusunun (KMO) bəyanatında belə deyilir.

“Ölkədə baş verən son toqquşmalarda KMO döyüşçülərinin öldürülməsinə cavab olaraq SEPAH-ın Kirmanşahdakı qərargahının tutlması üçün əməliyyat keçirilib”, - KMO-nun açıqlamasında vurğulanır.

Məlumtata görə, iki istiqamətdən başlanan hücum KMO bölmələrinə bazaya daxil olmağa və İran qüvvələrini qəfil yaxalmağa imkan yaradıb. Hücum nəticəsində SEPAH-ın itki verdiyini iddia olunur.

“Bu iddiaların doğruluğunu təsdiqləyə bilmirik. Bu bəyanatla bağlı İran rəsmilərindən heç bir rəsmi şərh verilməyib. İran nümayəndələri ilə əlaqə saxlamağa çalışırıq və İranın Londondakı səfirliyinə sorğu göndərmişik”, - telekanal, öz növbəsində, bildirib.

Bundan əvvəl təşkilatı İranda millətçi və separatçı silahlı qrup sayılan KAP lideri Hüseyn Yazdanpənah İran rejimi üzərində qələbənin “kütləvi qiyamdan və zalımlara qarşı qanuni özünümüdafiədən asılı olduğunu” söyləmişdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İran   SEPAH   KMO  



Xəbər lenti