Ukraynanın silahlanması Fransa ilə Aİ arasına ixtilaf salıb

   Ukraynanın silahlanması Fransa ilə Aİ arasına ixtilaf salıb
  14 Yanvar 2026    Oxunub:991
Fransa israr edir ki, Ukrayna Avropa İttifaqının (Aİ) 90 milyard avroluq kreditindən silahları Amerika istehsalçılarından yox, Avropadan almaq üçün istifadə olunsun.
AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Fransanın bu mövqeyi Almaniya və Hollandiya ilə fikir ayrılığına səbəb olub.

Berlin və Amsterdamın fikrincə, bu, Kiyevin silah əldə etməsini çətinləşdirəcək və Avropa istehsalçılarının bəzi Amerika silahlarına, o cümlədən “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə alternativi yoxdur.

“Kiyev üçün kredit planının son variantı 90 milyard avronun 60 milyard avrosunun birbaşa silah alışına xərclənməsini, qalan vəsaitin isə Ukraynanın müdafiə büdcəsinin kəsirini ödəməyə yönəldilməsini nəzərdə tutur”, - qəzet xatırladır.

Aİ ölkələri 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro maliyyə ayırmağa qərar verib. Bu pul Macarıstan, Slovakiya və Çexiyanın iştirakdan rəsmən imtina etdiyi kreditlər hesabına Aİ üzvlərinin özləri tərəfindən toplanacaq.

NYT: “Lyayen və Mertsin siyasi iflası”
Aİ-nin planına görə, Rusiya Ukraynaya “tam təzminat” ödəcəyi təqdirdə, Kiyev 0% faizlə kredit alacaq və onu ödəyəcək. Brüsselin məlumatına görə, kreditin məbləği 500 milyard avrodan çox olacaq.

Avropa Komissiyası (AK) daha əvvəl Ukraynanı müflis elan edib və bu əsasda ona kredit verə bilməyəcəyini, lakin Kiyevi birbaşa qrantlar hesabına effektiv şəkildə maliyyələşdirməyə məcbur olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən il dekabrın 18-19-da Aİ sammitinin iştirakçıları Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avro məbləğində maliyyə dəstəyi ayırmaq qərarına gəliblər. Bu vəsait Aİ-nin ümumi büdcəsindən götürüləcək. Sammitdə 16 saatlıq müzakirədən sonra Rusiyanın “qoca qitə”də dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynanın maliyyələşdirilməsi sxemi ilə bağlı konsensus əldə olunmayıb.

“The New York Times (NYT)” nəşri həmin sammitin nəticələrini AK-nin sədri Ursula fon der Lyayenin və Almaniya kansleri Fridrix Mertsin siyasi iflası kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna     Fransa  



Xəbər lenti