Sky News: “İran daha Putinə lazım deyil”

      Sky News:    “İran daha Putinə lazım deyil”
  14 Yanvar 2026    Oxunub:973
İranda İslam Respublikasının mümkün süqutu çətin ki, Rusiya prezidenti Vladimir Putini ciddi şəkildə narahat etsin.
AzVision.az xəbər verir ki, belə versiya irəli sürən “Sky News” telekanalının hərbi analitiki Maykl Klarkın iddiasına görə, hələ iki il əvvəl vəziyyət başqa cür idi.

“Onda İran Rusiyaya çoxlu sayda “Şahed” pilotsuz təyyarələri verirdi və belə bir müttəfiqinin itirilməsi ciddi zərbə olardı. İndi isə Rusiya bu dronları müstəqil şəkildə istehsal edir və artıq Tehrandan kritik asılılığı yoxdur”, - ekspert vurğulayıb.

Onun fikrincə, İrandan Rusiyaya yardım hələ də gəlir, lakin Moskva bunsuz da keçinə bilər.
Bu baxımdan, İrandakı etirazlar hakimiyyət dəyişikliyinə səbəb olsa belə, bu, daha çox Rusiya və Çinə strateji yox, simvolik siyasi zərbə olacaq.

Xatırladaq ki, bundan əvvəl adının açıqlanmasını istəməyən təhlükəsizlik məsələləri üzrə bir qərbli məmur “Bloomberg” agentliyinə açıqlamasında hələ Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən əvəvl İranın raket silahlarının tədarükü üçün Moskva ilə 2,7 milyard dollarlıq müqavilələr imzaladığını deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   Putin   ehtiyac  



Xəbər lenti