ABŞ öz vətəndaşlarını İrandan çıxmağa çağırıb
İranda etiraz aksiyalarının artdığına diqqət çəkən Dövlət departamneti İrah hakimiyyətinin nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyduğunu, yolları və internetaə girişi bağladığını, ictimai nəqliyyatın hərəkətini dayandırdığını bildirib.
Qurumun məlumatına görə, aviaşirkətlər İrana və İrandan uçuşların məhdudlaşdırılmasını və ya tamamilə ləğvini davam etdirir. Bir neçə aviaşirkət ən azı yanvarın 16-na qədər hava nəqliyyatını dayandırıb. Bununla əlaqədar beynəlxalq uçuşlar vəziyyəti dəyişməz olaraq qalır və xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
“Amerika vətəndaşlarına internetin uzadılmasına hazır olmaq və alternativ ünsiyyət üsullarını əvvəlcədən planlaşdırmaq tövsiyə edilir. Əgər bu, təhlükəsiz alınırsa, ABŞ vətəndaşları Ermənistan və ya Türkiyə vasitəsilə qurudan İranı tərk etmək variantını nəzərdən keçirməlidirlər”, - ABŞ Dövlət departamentinin bəyanatında vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ vətəndaşlar İran







Vaxtında, Aydın, Lazımlı!


