“Qarabağ”-dan polisə müraciət
“Oyuna marağın böyük olduğunu nəzərə alaraq, dünəndən bilet satışı başlanıb və artıq beş mindən çox bilet satılıb. Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq “Qarabağ” FK rəhbərliyi kassa önündəki “qara-bazar”ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Kassadan rahat bilet alınması üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib” – deyə bəyanatda bildirilir.