İsrailin XİN rəhbəri Azərbaycana gələcək

İsrailin XİN rəhbəri Azərbaycana gələcək
  10 Yanvar 2026    Oxunub:1306
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.
AzVision.az xəbər verir ki, bu haqda “AIA Global” saytı məlumat yayıb.

“Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, - İsrail mənbəsi bildirib.

Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:

“Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.

AzVision.az



Teqlər:



Xəbər lenti