Azərbaycan İrpendə bərpa layihələri həyata keçirəcək

   Azərbaycan İrpendə bərpa layihələri həyata keçirəcək
  10 Yanvar 2026    Oxunub:1674
Ukraynanın İcmaların və Ərazilərin İnkişafı üzrə nazir müavini Artem Rıbçenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

Diplomat bildirib ki, görüş zamanı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, o cümlədən İrpendə planlaşdırılan bərpa layihələri, eləcə də Kiyev regionunda birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


AzVision.az


Teqlər:



Xəbər lenti