Rusiya diplomatlarını İsraildən çıxarır?

Rusiya diplomatlarını İsraildən çıxarır?
  09 Yanvar 2026    Oxunub:1689
Rusiya öz səfirliyinin əməkdaşlarını və ailələrini İsraildən təxliyə etməyə başlayıb.
AzVision.az xəbər verir ki, aviareyslərin servislərini izləyən Rusiya və Ukrayna KİV-ləri belə məlumat yayıblar.

“Moskva öz səfirliyinin əməkdaşlarını ailələri ilə birlikdə İsraildən təcili təxliyə edərək Rusiyaya qaytarır”, - Yaxın Şərqdə baş verən hadisələri izləyən “Daily Iran News” telekanalı bildirib.

Məsələ ilə bağlı Rusiyanın İsraildəki səfirliyindən və ya Rusiya Xarici İşlər nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   İsrail   diplomatlar  



Xəbər lenti