Tramp: “Kolumbiya prezidenti mənə zəng edib”
“Mən onun zəngini və ritorikasını yüksək qiymətləndirdim və yaxın gələcəkdə görüşməyi səbirsizliklə gözləyirəm. Vitse-prezident Cey Di Vens və Kolumbiyanın Xarici İşlər naziri Ağ Evdə keçiriləcək görüşü artıq razılaşdırıblar”, - Donald Tramp bildirib.
Xatırladaq ki, yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ tərəfindən əsir götürülməsindən sonra Donald Tramp Kolumbiyada da oxşar əməliyyat keçirməyin yaxşı fikir olduğunu bildirib.
- Kolumbiya da çox xəstədir, onu kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə adam idarə edir və o, uzun müddət bunu edə bilməyəcək”, - ABŞ prezidenti demişdi.
Bunun cavabında Kolumbiya prezidenti Qustavo Pedro “əlinə silah almağa” söz verib və Latın Amerikasını birləşməyə çağırıb. O, ABŞ-yə Kolumbiyaya qarşı yalan məlumat verdiyinə görə bir neçə kəşfiyyat polkovnikini işdən çıxarmaq əmrindən və “dünya tarixində ən böyük miqyasda kokain partiyasının ələ keçirilməsindən” danışıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


